Dünya futbolu

Sarri: “Mourinyoya hörmət etməliyik”

Turun mərkəzi qarşılaşmasının son anlarında ara qarışıb.

İngiltərə Premyer Liqasında “Çelsi” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Ev sahibi komanda hesabda 1:2 geridə olmasına baxmayaraq qarşılaşmanın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqəsində bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaça bilib.  Sonuncu dəqiqədə vurulan qolun ardından “Zadəganlar”ın baş məşqçisinin köməkçisi sevincini Mourinyonun qarşısında gəlib etməsi portuqaliyalı mütəxəssisin təpkisinə səbəb olub. “Çelsi” azarkeşləri Jozenin bu təpkisinə etiraz etmək istəsə də, Mourinyo onlara orada qazandığı kuboklara işarə vuraraq əli ilə 3 rəqəmini göstərib.

Qarşılşamanın ardından açıqlama edən “Çelsi” komandasının baş məşqçisi Maurizio Sarri Mourinyoya hörmət edilməsi gərəkdiyini bildirib:

“Ona hörmət etməyə borcluyuq. O, bu klub üçün kuboklar qazanıb. Hər birimiz ona hörmət etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43