İdman

Saşa Stamenkoviç Premyer Liqa klubumuzda

“Neftçi” klubunun şərəfini qorumuş serbiyalı qolkiper Saşa Stamenkoviçin debütant “Sabah”la anlaşmaq üzrədir.

İdmanxeber.com-un məlumatına görə, Stamenkoviç  danışıqlar yekunlaşdığı üçün bu gün artıq Azərbaycana gəlib. 33 yaşlı serbiyalı qapıçı “Sabah”la 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 4 il Azərbaycanda oynamış və “Neftçi” ilə uğurlar qazanmış Stamenkoviç son olaraq Qazaxıstanda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43