Kateqoriyasız

Saşa Yunisoğlu “Dənizlispor”dan ayrıldı

Türkiyənin “Dənizlispor” klubu azərbaycanlı futbolçu Saşa Yunisoğlu ilə yollarını ayırıb. 

İdmanxeber.com-un məlumatına görə, son günlərdə əsas heyətdə möhkəmlənə bilməyən Saşanın Dənizli klubundan göndərilməsi ilə bağlı klub prezidenti Mehmet Özsoy klub saytına açıqlamasında bunları söyləyib: 

“Saşa Yunisoğlu ilə sözləşməmizi qarşılıqlı olaraq ləğv etdik. Bu futbolçumuzun “Dənizlispor”a verdiyi əməyə görə ona çox təşəkkür edir, futbol həyatında uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43