Kateqoriyasız

Saşa Yunisoğlu: “Subaşiçi boğmağa hazır idim”

Türkiyənin PTT birinci liqasında mübarizə aparan "Orduspor"un üzvü Branimir Subaşiç, Arif İsayev və Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"u məğlub etdikləri oyun haqda fikirlərini bildirib.

O, bunları deyib:

“Qələbə qazandığımız üçün şadam. Biz düzgün yoldayıq. Turnir cədvəlindəki birinci pillə bizi arxayın etməməlidi. Qarşıda hələ çox oyunlar var. Məni boğmağa hazırlaşan Saşa Yunisoğlunun sözlərinə gəlincə (gülür), o, yaxşı oğlandı və bilirəm ki, belə etməzdi. Saşa oyundan sonra görüşüb bir yerdə əyləşdik. “Denizlispor”a, xüsusən də Yunisoğlu və İsayevə uğurlar arzulayıram”. 

Yunisoğlu isə fikirlərini belə ifadə edib: “Orduspor”un qol vurduğu epizodda Subaşiç əllə oynamışdı. Bunu hakimdən başqa hamı gördü. Biz hətta oyunu dayandırdıq. Düşündük ki, hakim qayda pozuntusunu qeydə alacaq. Ancaq bu, baş vermədi və mən Subaşiçə yaxınlaşıb bu barədə soruşdum. Cavabı məni özümdən çıxardı, onu boğmağa hazır idim. Təsəvvür edin, barmağı əllə oynadığına görə şişmişdi. “Orduspor”a oyuna görə uduzmadıq. Sadəcə, bəxtimiz gətirmədi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43