08 Sentyabr 2024
Dünya futbolu

Saviç “Fənərbağça”ya bahalı gəldi

“Fənərbağça” Stefan Saviç transferindən geri çəkilib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-lacıvərdlilər”in prezidenti Ali Koç monteneqrolu müdafiəçinin istədiyin maaşın çox yüksək olduğunu və bu məbləği ödəməyəcəklərini açıqlayıb.

Saviçin “Atletiko” (Madrid) ilə müqaviləsi mövsümün sonunda bitir. 32 yaşlı müdafiəçi bu mövsüm 13 oyuna çıxıb, əgər 20 oyuna çıxarsa, müqaviləsi avtomatik olaraq 1 il uzadılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43