2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi Donetsk “Şaxtyor”unun üzvü Murad Xaçayevi 1 illik icarəyə götürüb.
Qeyd edək ki, Ukrayna klubun əvəzedici komandasının formasını geyinən 20 yaşlı futbolçu U-21 millimizin şərəfini qoruyur.