Dünya futbolu

“Şaxtyor”un futbolçusu: “”Qarabağ” Çempionlar Liqası səviyyəsindədir”

“Onlar Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir”.

“Şaxtyor”unun müdafiəçisi Sergey Krivçov Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları barədə ölkə mətbuatına müsahibəsində deyib.

O, “Qarabağ”la matçda daha yaxşı təsir bağışladıqlarını bildirib:

“Bu oyuna yaxşıhazırlaşmışdıq. Biz yaxşı rəqiblə oynadıq. Ona görə də Türkiyədəki hər iki matç hazırlığımız üçün faydalı idi. “Qarabağ”la görüşdə isə komandanın oyunu daha yaxşı alındı”.

Qeyd edək ki, “Şaxtyor” “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43