Kateqoriyasız

“Şaxtyor”un sabiq forvardı “Neftçi”də

Qazaxıstanın “Şaxtyor” klubunun əvəzedici komandasının sabiq futbolçusu Akif Həsənov “Neftçi”yə baxışa gəlib. Gənc oyunçu bu barədə keçmiş klubunun saytına açıqlamasında deyib:

“Artıq Azərbaycandayam. Bir neçə məşqə də çıxmışam. “Neftçi” indi ölkə çempionatının ikinci hissəsinə hazırlaşır. Ümid edirəm ki, qısa müddət ərzində də olsa, özümü yaxşı tərəfdən göstərə biləcəyəm. Azərbaycan yığmasında çıxış etməyə başlayandan sonra bu ölkədən olan menecer mənimlə əlaqə saxladı və bir neçə variant təklif etdi. Mən də onların arasında ən münasibini – “Neftçi”ni seçdim”.

Həsənov Azərbaycan yığmasındakı çıxışına da toxunub: “Azərbaycanın U-19 yığmasında Nikolay Adamın dövründən çıxış etməyə başlamışdım. O dövrdə “Neftçi”, “Rəvan” kimi klublara qarşı oynamışdım. Həmin oyunlarda qollar da vurmağa nail olmuşdum. Amma Qazaxıstan vətəndaşı olduğum üçün Avropa Çempionatının seçmə mərhələ oyunlarında iştirak edə bilmədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43