Kateqoriyasız

“Şaxtyor”un sabiq hücumçusu Azərbaycan klubunda – ÖZƏL

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu İsrailin aşağı liqa təmsilçisi “Hapoel Nof HaGalil” klubundan Luqava Kizitonu transfer edir.

28 yaşlı uqandalı hücumçu ilə danışıqlar müsbət yekunlaşmaq üzrədi. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kizito müxtəlif illərdə Portuqaliyanın “Leysoeş”, “Feyrense”, “Riu Ave, Rumıniyanın “Poli İaşi”, Qazaxıstanın “Şaxtyor” klubunda çıxış edib. Forvard Uqanda millisinin də formasıni geyinib və 1 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43