Ölkə futbolu

“Səbail” Ərəbistan klubuna uduzdu

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan “Səbail” sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Samir Əliyevin çalışdırdığı kollektiv Səudiyyə Ərəbistanının “Əl-Raed” klubu ilə qarşılaşıb.

“Green Park Resort Kartepe” otelinin meydançasında baş tutan oyun Premyer Liqamızın debütantı üçün uğursuz alınıb. Belə ki, “Səbail” meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bayıl təmsilçisinin yeganə qolunu Amit Quluzadə vurub.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının “Əl-İttifaq”, Özbəkistanın “Paxtakor” klublarına da eyni hesabla (1:4) hesabla uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43