Ölkə futbolu

“Səbail” 3 yoxlama oyunu keçirəcək

İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən “Səbail” dünəndən etibarən təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Samir Əliyevin komandası gündə 2 dəfə “Dalğa Arena”da məşq etməklə yanaşı 3 yoxlama oyunu keçirməyi də planlaşdırır.

“Səbail” iyunun 29-da “Binə” komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə – “Sumqayıt”la görüş olacaq.

“Səbail” “Binə” komandası ilə “Dalğa Arena”da üz-üzə gələcək. “Sumqayıt”la iyulun 2-də keçiriləcək yoxlama oyunu “Kapital Bank Arena”da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti “Səbail” – “Sumqayıt” qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43