Ölkə futbolu

“Səbail” Bakıya qayıtdı

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan “Səbail” qardaş ölkədəki hazırlıq prosesini yekunlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Samir Əliyevin çalışdırdığı kollektiv bu gün vətənə dönüb. Qısa istirahətdən sonra futbolçular Premyer Liqanın yeni mövsümünün açılış matçına hazırlıq üçün yenidən bir araya gələcəklər.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” Türkiyədə 4 yoxlama oyunu keçirib. Debütant ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Səudiyyə Ərəbistanının “Əl-İttifaq”, Özbəkistanın “Paxtakor” klublarına eyni hesabla (1:4) hesabla uduzub. Ötən gün baş tutan Səudiyyə Ərəbistanının “Əl-Raed” komandası ilə qarşılaşma isə bakılıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43