Ölkə futbolu

“Səbail” darmadağın oldu

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Səbail” iyulun 20-də ikinci yoldaşlıq oyununu keçirib.

İdmanxeber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu ilə qarşılaşan paytaxt təmsilçisi meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib. “Aslanlar”ın heyətində yeganə qolu Murad Ağayev vurub.

Qeyd edək ki, “Səbail”in növbəti rəqibi iyulun 24-də Özbəkistanın “Paxtakor” komandası olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43