İdman

“Səbail” “Lokomotiv”lə qarşılaşacaq

“Səbail” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək. 

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı məlumata görə, sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

Premyer Liqamızın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq. 

Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, “Səbail”in yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43