Ölkə futbolu

“Səbail” növbəti transferi açıqladı

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” daha bir transferi açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi hücumçu Nurlan Novruzovun keçidi haqda xəbər yayıb.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Son klubu “Zirə” olan Nurlan Novruzov “Bakı”nın yetirməsidir.

Qeyd edək ki, “Səbail” buna qədər Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov və Elman Taqayevlə də müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43