İdman

“Səbail” – “Qəbələ” matçının hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qəbələ” görüşünün təyinatlarında dəyişiklik edilib.

İdmanxeber.com-un xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb. Bu görüşdə 4-cü hakim funksiyasını Fariz Yusifov deyil, Ziya Nəsirov yerinə yetirəcək. Dəyişikliyin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, sabah keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 21:00-da start götürəcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43