l Divizion

“Səbail” və “Ağsu” medallarına qovuşdu

Futbol üzrə Azərbaycan çempionatının I divizionunun medalçıların mükafatlandırılma mərasimi keçirilib.

AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar təqdim edilib.

I divizionun ən yaxşı bombaridiri Oruc Balaşlı (“Zaqatala”) mükafatına qovuşub. Əvəzedici heyətlərin yarışında ən çox qol vuran Şahin Əliyevə (“Qarabağ”) də mükafat verilib. Medalları və mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.

İdmanxeber.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43