l Divizion

“Səbail”də 2 itki

“Səbail” I Divizionun 19-cu turu çərçivəsində lider “Turan Tovuz”u qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun iki aparıcı oyunçusu Eltun Yaqublu və Qvanzav Maqomedov zədə səbəbilə “Turan Tovuz”la oyunda iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, Eltun Yaqublu “Göyəzən”lə oyun öncəsi məşqlərin birində aldığı zədədən sonra bərpa prosesi keçir. O, 1 həftə sonra komanda ilə məşqlərə start verəcək.

Qvanzav Maqomedov isə “Mil-Muğan”la oyunun son dəqiqələrində pəncə sümüyündən aldığı zədə səbəbilə 1 ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sözügedən matç martın 9-u, saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43