Ölkə futbolu

“Səbail”də yeni legioner

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, Maudo Lamine Jarue yeni mövsümdən paytaxt təmsilçisində çıxış edəcək. Klubdan verilən məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qvineya bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası “Jil Visente”də keçirib. İki ay sonra 20 yaşını qeyd edəcək futbolçu məhz bu klubun yetirməsidi. O, peşəkar karyerasında debüt matçını da 2016-cı ilin 6 avqustunda bu komandanın heyətində “Varzim”ə qarşı keçirib.

Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43