l Divizion

“Səbail”in Antalyadakı rəqibləri müəyyənləşdi

İkinci dövrənin hazırlıqlarının ikinci hissəsinə artıq iki gündür ki start verən “Səbail”in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yanvarın 10-da MOİK ilə qarşılaşacaq komanda yanvarın 12-də “Neftçi”nin əvəzedici heyəti ilə üz-üzə gələcək. Hər iki oyun Bayıl Arenada keçiriləcək.

Yanvarın 14-dən etibarən Antalya toplanışına start verəcək divizion təmsilçisi Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Sınaqçı rəqiblərdən ikisinin adı artıq məlumdur. Belə ki, yanvarın 19-da “Səbail”in ilk rəqibi  Qazaxıstanın “Kyran” komandası olacaq. Yanvarın 26-da isə komanda Macarıstanın “Szeged” klubu ilə qarşılaşacaq. Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələ ki dəqiqləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43