İdman

“Səbail”in daha bir rəqibi bəlli oldu

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan “Səbail”in daha bir rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv “İstanbulspor”la qarşılaşacaq. İyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, “Səbail” Türkiyədəki oyunlarından ikisində “Gənclərbirliyi”nə 0:3, “Sivasspor”a 1:2 hesabı ilə uduzub, Qətərin “Əl Şəhaniyə” komandası ilə 2:2 hesablı heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43