İdman

“Səbail”in futbolçusu millidə çıxış etdi

“Səbail”in yarımmüdafiəçisi Ayrton Statyenin formasını geyindiyi Kurasao yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, komanda səhər saatlarında Boliviya ilə qarşılaşıb. Oyun Kurasaonun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola 54-cü dəqiqədə “Ridinq”də çıxış edən Leandro Bakuna imza atıb. Start heyətində meydana çıxan Statye 88 dəqiqə komandasına kömək edib. Yalnız son dəqiqələrdə baş məşqçi onu Çarlton Visento ilə əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43