Müsahibə

“Səbail”in icraçı direktoru: “Biz nə medal, nə də avrokubok barəsində düşünmürük”

“Səbail”in icraçı direktoru Yusif Həsənovun “Zaqatala” ilə matç öncəsi idmanxeber.com saytına müsahibəsi:

– Lisenziya öhdəlikləri nə yerdədi?

– Öhdəliklərimiz var idi. Şərtləri yerinə yetirdik. Bütün sənədlərimiz artıq hazırdı və lisenziya şöbəsinə təqdim etmişik.

– AFFA prezidenti Rövnəq Abdullayev söyləmişdi ki, “Səbail” Premyer Liqaya vəsiqə əldə etsə, Rəşad Abdullayev klub prezidenti olmayacaq…

– Hazırda bizdə Müşahidə şurası fəaliyyət göstərir. Bu barədə də məhz iclasdan sonra qərar veriləcək. Rəsmi qərar yoxdu. Nəsə söyləsəm, yalan demiş olaram.

– “Səbail” Premyer Liqaya yüksəlsə, heyətni gücləndirəcək. Komanda medallar və avrokuboklara vəsiqə uğrunda yaraışacaq. Amma UEFA-nın qaydalarına görə komanda avrokuboklara yollana bilməz. Ötən mövsüm “Zirə” də bu halla üzləşmişdi…

– Biz Premyer Liqada nə medal, nə də avrokubok barəsində düşünməyəcəyik. Əsas məqsədimiz güclü komanda yaratmaqdır. Yaxşı futbolçularımız, məşqçilərimiz və akademiyanın olmasını istəyirik. İlk fikirlərimiz və planlarımız budur ki, güclü komanda formalaşdıraq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43