Kateqoriyasız

Şehiç Gəncədə törədilən terror aktına reaksiya verdi

“Qarabağ”ın sabiq futbolçusu İbrahim Şehiç Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

Türkiyənin “Konyaspor” klubunda çıxış edən Şehiç, bununla bağlı özünün “instagram” hesabında paylaşım edib. 32 yaşlı qapıçı üzərində “Pray for Ganja city” (“Gəncə şəhəri üçün dua edin”) sözləri yazılmış şəkil paylaşıb.

Şehiç 2015-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43