Dünya futbolu

Şehiç “Qalatasaray”a keçir ? – meneceri açıqladı

Sabiq “Qarabağ”lı karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Dünən Türkiyə mətbuatında Şehiçin “Qaalatasaray”a keçməsi ilə bağlı olan  xəbəri diqqətinizə çatdırmışdıq. Oyunçunun meneci Fatih İlek məsələyə münasibət bildirərək Şehiçin “Qalatasaray”a keçməsi üçün əllərindən gələni edəcəklərini bildirib:

“Şehiç hazırda “Erzurumspor”un şərəfini qoruyur. Onun “Qalatasaray”a keçməsi ilə bağlı çıxan söz-söhbətlərlərdən xəbardarıq. Biz bunun üçün mövsümün əvvəlində çox çalışsaq da, alınmadı. Əgər yenidən klublar öz aralarında danışıb, razılaşa bilsələr Şehiçin “Qalatasaray”a keçməsi üçün əlimizdən gələni edərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43