İdman

Şəhriyar Əliyev Gəncədə öz azarkeşlərinə ədəbsiz jest göstərdi, Yunis Hüseynov hərəkətə keçdi

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” matçı zamanı xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın gedişində hesabdan narazı olan yerli azarkeşlər zaman-zaman sevimli komandalarının futbolçularını söyməyə başlayıb. Bundan qəzəblənən “sarı göylər”in müdafiəçisi Şəhriyar Əliyev bir qrup tərəfdara əli ilə ədəbsiz yerini işarə edərək susmalarını tələb edib. Məsələ “Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynovun qulağına çatıb. Sözügedən hadisəyə hiddətlənən Hüseynovun Əliyevlə xüsusi söhbət aparacağını öyrəndik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43