Ölkə futbolu

Şəhriyar Əliyevin durumu yaxşılaşdı

“Qarabağ”a qarşı Gəncə şəhər stadionunda keçirilən çempionat matçında zədələnən Şəhriyar Əliyevin durumu yaxşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, 2 həftə yaşıl meydanlardan uzaq qalan müdafiəçi məşqlərə başlayıb. Klubun tibb personalının məlumatına görə, müalicə prosesi planlaşdırıldığı kimi getsə, Əliyev 2-3 gün sonra toplu çalışmalarda iştirak edə biləcək. Futbolçu hələlik həkim nəzarəti altında fərdi halda məşq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43