Kateqoriyasız

Şəhriyar Rəhimov: “Buna inanıram”

"Hər oyuna necə hazırlaşırıqsa, "Qəbələ" ilə matça da elə hazırlaşırıq".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında AZAL-ın futbolçusu Şəhriyar Rəhimov deyib.

"Təyyarəçilər"in futbolçusu "Qəbələ"ni səfərdə məğlub edəcəklərinə inandığını bildirib:

"Həmişəki kimi meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. Buna inanıram. Komandada durum da əladı. Hər şey qaydasındadı, qalır qələbə qazanmağımız".

Azər

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43