Dünya futbolu

Şekspir Premyer liqanın tarixinə düşdü

“Lester” İngiltərə çempionatının 31-ci turunda “Sanderlend” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

“Tülkülər” Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanıb. Onların hamısı baş məşqçi Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra qazanılıb. Komandanın məşqçisi Kreyq Şekspir Premyer Liqa tarixində turnirdə karyerasına ardıcıl 5 qələbə ilə başlayan üçüncü məşqçi olub.

Qeyd edək ki, 2009-cu ildə bu nailiyyəti Karlo Ançelotti (“Çelsi”), 2016-cı ildə isə Xosep Qvardiola (“Mançester Siti”) qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43