Ölkə futbolu

Səlahət Ağayev: “Hər futbolçu istəyər ki, “Neftçi”də oynasın”

"Neftçi” futbolumuzun flaqmanıdır. Hər bir futbolçu istəyər ki, "Neftçi” kimi komandada oynasın. Birinci dəfə olmağına baxmayaraq, sanki illərdir "Neftçi”dəyəm".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Səlahət Ağayev klubu telekanalında açıqlamasıda deyib.

"Uzun müddət "İnter”də oynamışam. "İnter”dən sonra "Neftçi” mənə gözlədiyimdən də doğma gəldi. Ümid edirəm, bu il daha uğurlu çıxış edərik, çempionluq, avrokuboklar üçün oynayarıq" – deyə o bildirib.

26 yaşlı qolkiper "Şalke"yə 0:1 hesabı ilə uduzduqları yoxlama görüşü haqda danışıb: "Şalke” ilə oyuna gəlincə, hesab bizim üçün önəmli olmamalıdır. Belə matçlar bizim üçün təcrübə baxımından əla şansdır. Düşünürəm ki, komanda şəklində oyunumuz pis alınmadı. Əgər "Şalke” kimi komandaya qarşı belə oyun göstərdiksə, məncə, hər şey normaldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43