Dünya futbolu

“Selta” tarixinin ən bahalı transferini gerçəkləşdirdi

“Selta” Meksika millisi və “Paçuka”nın yarımmüdafiəçisi İrvinq Lozanonu  transfer edib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya klubu futbolçu üçünü 14 milyon avro ödəyib. Bu da “Selta”nın tarixi ərzində etdiyi ən bahalı transferdir. Eyni zamanda Meksika klubu futbolçunun hüquqlarının  20%-ni özündə qoruyub saxlayacaq.

Məlumata görə, 21 yaşlı futbolçu Konfederasiyalar kubokundan sonra İspaniyaya gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43