Ölkə futbolu

“Seltik”in əzəli rəqibi də Bəhlul Mustafazadəyə göz dikib

Şotlandiyanın “Seltik” klubunun maraq dairəsinə düşdüyü ilə bağlı xəbərlər yayılan “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı Böyük Britaniya mətbuatında daha bir iddia ortaya atılıb.

“Rangersnews.uk” saytının yazdığına görə, Şotlandiyanın digər klubu “Reyncers” də Azərbaycan millisinin üzvüylə maraqlanmağa başlayıb. “Liverpul”un əfsanəsi Stiven Cerrardın baş məşqçi olduğu komanda 22 yaşlı mərkəz müdafiəçini əzəli rəqibi “Seltik”dən “oğurlamaq” fikrindədi.

Xəbərdə “Qəbələ”də çıxış etmiş Endi Hallideyin Bəhlulu “Reyncers”ə keçməyə razı salmağa çalışacağı da vurğulanıb.

Mustafazadə “Qəbələ”nin yetirməsidi. O, cari mövsüm Premyer Liqada 21 oyun (1737 dəqiqə) keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43