Ölkə futbolu

Səməd Nəsibov: “Heç kimə fiziki təsir göstərməmişəm”

"Qəbələ"nin marketinq üzrə meneceri Səməd Nəsibov AFFA İntizam Komitəsinin bugünkü iclasında ona və klubun digər rəsmi şəxsləri haqda verilən cəzalara münasibət bildirib.

O, idmaxneber.com-a açıqlamasında İntizam Komitəsinin onunla bağlı çıxardığı qərarın yanlış olduğunu və hakimlərə qarşı heç bir fiziki təzyiq göstərməyə cəhd etmədiyini bildirib:

"Bu barədə klub tərəfindən açıqlama olacaq. Mən bir şeyi deməliyəm ki, orada "hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə" yazılıb, amma mən heç kimə nə fiziki təsir göstərmişəm, nə də buna cəhd etmişəm. Sadəcə, sözlə etirazımı bildirmişəm, vəssəlam. Bunu hakimlərdən də soruşa bilərsiniz, yəqin ki, etiraf edəcəklər".

Qeyd edək ki, "Qəbələ"nin rəsmi şəxsi Səməd Nəsibovun hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43