l Divizion

“Şəmkir” Antalyada hazırlıqlaını davam etdirir

Azərbaycan çempionatının 1-ci divizionunda mübarizə aparan “Şəmkir” klubu çempionatda yaranmış fasilədən maksimum istifadə etməyə çalışır.

İdmanxeber.com-un məlumatına görə, bu məqsədlə Şəmkirin eyni adlı klubu  Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirir. “Ağ-qırmızılar” toplanış çərçivəsində bir neçə yoldaşlıq görüşü də oynayacaq. Hələlik “Şəmkir”in rəqiblərindən Qazaxstanın “Altay”, Almaniyanın “Viktorya” klublarının adı məlumdur.

“Şəmkir”  Antalyada təlim-məşq toplanışının 3-cü günündə də hazırlıqlarını davam etdirib.  Komanda bu gün bir məşqlə kifayətlənib. 1 saata yaxın davam edən  məşq fiziki və toplu çalışmalara həsr olunub.

“Şəmkir”in futbolçuları daha sonra  kross qaçış və  topla müxtəlif hərəkətləri yerinə yetiriblər. Günün ilk məşqi əsasən fiziki hazırlıqdan ibarət olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43