l Divizion

“Şəmkir” baş məşqçisi ilə yollarını ayırdı

“Şəmkir” futbol klubu baş məşqçi Qəhrəman Əliyevlə yolları ayırdı

İdmanxeber.com-un məlumatına görə, Qəhrəman Əliyev dünən “Rəvan”a məğlubiyyətdən sonra (2-1) klub rəhbərliyi ilə görüşərək istefa vermək istədiyini açıqlayıb. Klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Komandanı müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mehman Yunusov çalışdıracaq.

Qeyd edək ki, “Şəmkir” birinci divizionda 15 turdan sonra 28 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43