l Divizion

“Şəmkir”in oyunçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmaxneber.com-un məlumatına görə, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 15-ci turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Cəmil Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43