Dünya futbolu

Şenol Günəş yenidən “Trabzonspor”u çalışdıracağı barədə yayılan xəbərlərə aydınlıq gətirdi

Türkiyənin adlı-sanlı məşqçilərindən olan Şenol Günəş yenidən "Trabzonspor"u çalışdıracağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Yerli mətbuata qısa açıqlama verən çalışdırıcı bu sözlərlə söz-söhbətlərə son qoyub: "Hazırda çalışmağı düşünmürəm, təşəkkür edirəm".

Qeyd edək ki, Şenol Günəş 2009-2013-cü illərdə Trabzon təmsilçisini çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43