Dünyadan

“Sent-Etyen” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Sent-Etyen” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un “Qarabağ” klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Fransada baş tutacaq qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Kristin Jakobson olacaq. Ona Siqurd Oli Torleyfson

və Qunnar Sverir Qunnarson köməklik edəcək. Qilfi Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək “Sent-Etyen” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43