Dünya futbolu

“Sent-Etyen”in baş məşqçisi “Qarabağ”ı məğlub edə bilməmələrində kimi günahlandırdı?

“Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin V turunda evdə “Qarabağ”la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında maraqlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Fransa klubunun çalışdırıcısı qələbə qazana bilməmələrini hakim idarəçiliyinin zəif olması ilə əlaqələndirib:

“Hakimin idarəçiliyindən narazıyam. Yaxşı oyun idarə etmədi. Xal itkimizin səbəbkarı odur. Son oyunda “Qarabağ” qalib gəlsə növbəti mərhələyə çıxacaq. Artıq növbəti mərhələyə yüksəlməyimiz əlimizdə deyil. Bu, “Qarabağ” – “İnter” matçının nəticəsindən asılı olacaq. Bununla belə, son görüşdə ancaq qələbəyə oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43