Dünyadan

“Sent Etyen”in baş məşqçisi: “Qarabağ”la oyun yarımfinala bərabər matç olacaq”

“İnter”lə oyunun ilk hissəsində istədiyimiz oyunu sərgiləyə bilmədik. Fasiləyə qədər hesabı bərabərləşdirmək istəsək də, bunu bacarmadıq. İkinci hissəyə qolla başladıq. Lakin qələbə qolunu vurmağa müvəffəq olmadıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri  “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Nəticədən razı qala bilmərəm. Çünki qalib gəlmək istəyirik. Lakin qrupdan çıxmaq şansımız qalır. Qrupda maraqlı vəziyyət yaranıb. Üç komandanın 4 xalı var. Bu mənada “Qarabağ”la oyun yarımfinala, “Dnepr”lə matçımız isə finala bərabərə olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43