Dünya futbolu

“Sent-Etyen”in futbolçusu: “Qarabağ”ı tanımıram”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olan Fransanın “Sent-Etyen” klubunun futbolçusu Ceremi Kliment keçirəcəkləri matç barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu "Qarabağ"ı tanımadığını bildirib:

“Bu komandanı tanımıram, heç bir məlumatım yoxdur. Bircə onu bilirəm ki, Azərbaycanı təmsil edir. Ora isə təyyarə beş saata gedir. Üçüncü günü səhər Bakıya gedirik. Bundan sonra necə olacağını isə oyunda görəcəyik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43