İdman

“Sent-Etyen”in futbolçusu: “Qəbələ” ilə oyunda 3 xal qazanmalıyıq”

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Fransanın “Sent-Etyen” klubunun futbolçusu Loik Perren UEFA-nın rəsmi saytına müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, Perren açıqlamasında bildirib ki, komanda qrupdakı vəziyyətini düzəltmək üçün növbəti oyunda “Qəbələ”yə qalib gəlməlidir: “İlk iki oyunumuzun yaxşı alındığını demək olar. Çünki həm “Maynts”, həm də “Anderlext”ə son dəqiqələrdə qol vurduq. Həmin bərabərlik qolları komandamıza yaxşı motivasiya verir. Bu, heç də pis hal deyil. Belə olan halda mövqeyimiz yaxşılaşacaq. Məqsədimiz evdə 3 xal qazanmaqdır. Növbəti iki oyunun yekununda qrupdan çıxmaq məsələsini həll etsək, ideal olardı. Ən vacibi “Qəbələ” ilə oyundan qalib ayrılmaqdır”.

Qeyd edək ki, C qrupunda “Qəbələ” və “Sent-Etyen”dən əlavə, “Anderlext” (Belçika) və “Maynts” (Almaniya) komandaları mübarizə aparır. “Qəbələ” “Sent-Etyen”lə oktyabrın 20-də səfərdə, noyabrın 3-də Bakıda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43