Dünya futbolu

“Sent-Etyen”in futbolçusu: “Ümid edirəm ki, ilk qələbəmizi qazanacağıq”

Avropa Liqasının qrup mərhələsinin V turunda bu gecə “Qarabağ”la qarşılaşacaq olan “Sent-Etyen” klubunun futbolçusu Loik Perrin Fransa mətbuatına açıqlama verib.

İdmanxeber.com futbolçunun fikirlərini təqdim edir:

“Derbi oyunları hər zaman önəmli olur. Bu, göz qabağındadır. “Lion”la matçın əhəmiyyətini dərk edirik və bu oyuna yaxşı hazırlaşacağıq. “Qarabağ”la oyunun “Lion”la derbidən az həyəcanlı olacağını düşünmürəm. Bu görüş də bizim üçün çox önəmlidir. Avropa Liqasının qrup mərhələsində son ev matçımızı keçirəcəyik. “Joffrua Qişar” stadionunda hər zaman möhtəşəm atmosfer olub. “Qarabağ”la oyunda da azarkeşlərimizin bizi tək buraxmayacaqlarına inanıram. Matça yaxşı başlamalıyıq və oyunu yüksək səviyyədə keçirməliyik. Əgər Avropa Liqasında yolumuza davam etmək istəyiriksə, “Qarabağ”a qalib gəlməliyik. Ümid edirəm ki, dörd heç-heçədən sonra bu gecə turnirdə ilk qələbəmizi qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43