Dünya futbolu

“Sent-Etyen”in prezidenti: “Qarabağ”la görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq”

“Qarabağ”la görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. Hərçənd, qrupun autsayderi olduğumuzu düşünürəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Sent-Etyen” klubunun prezidenti Rolan Romeyer deyib. Klubun prezidenti sözlərinə belə əlavə edib:

“İnter” və “Dnepr” bizimlə müqayisədə daha varlı klublardır. Ancaq şans bizim tərəfimizdə də ola bilər. Kağız üzərində komandamı üçüncü pillədə görürəm. Artıq oynamaq vaxtıdır. Növbəti mərhələyə yüksəlmək şansımız var. “Qarabağ”la oyunda qol vurub, yaxşı nəticə qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43