İdman

Sərbəst güləşçilərimiz təlim-məşq toplanışında

Sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. Yanvarın 7-dən başlayan və yanvarın 24-dək davam edəcək Kislovodsk təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edir.

Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43