Kateqoriyasız

Serbiya – Azərbaycan oyununun hakimləri

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Serbiya – Azərbaycan matçı üçün hakim təyinatları açıqlanıb.

Görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Erik Lambrekts olacaq. Ona yan xətdə Rien Vanizer və Jo De Vayrdt kömək edəcək. Natan Verboomen isə dördüncü hakim funksiyasını yerinə yetirəcək..

Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç (“Marakana”) stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43