Ölkə futbolu

Serbiya millisinin hücumçusu “Xəzər Lənkəran”da (?)

Bu mövsüm göstərdiyi uğursuz çıxışı ilə azarkeşlərini üzən "Xəzər Lənkəran" əsas günahı hücumda görür.

Komandanın əsas qol silahları Franka Nildo və Mbilla Etamenin çıxışı komanda rəhbərliyini və əsasən də baş məşqçi Con Toşakı qane etmir. Demək olar ki, cənub təmsilçisinin  problemi hücum xəttidir.

Bu problemin həllini tapmaq istəyən Lənkəran klubu bu dəfə Fransaya yönəlib. "Ağ-yaşıllar"ın sözügedən ölkə çempionatında "Nant" klubunda çıxış edən Filip Çorçeviçlə təmasa keçdiyi yayılan xəbərlər arasındadır.  Serbiya millisinin də üzvü olan hücumçu, çıxış etdiyi komandanın kapitanıdır və burada meydana çıxdığı 140 oyunda 50 dəfə rəqib qapıçıları məyus edib.
Çorçeviçin qiyməti də bir o qədər bahalıdır. Bəzi mənbələrə inansaq, futbolçunun qiyməti 2.5 milyon avronu aşır.

Qeyd edək ki, “Srvena Zvezda”nn yetirməsi olan Corceviç 2006/2007 mövsümündə icarə əsasında “Rad”da çıxış edib. 2008-ci ilin əvvələrində “Nant”da icarədə oynayan Corceviç ardından rəsmən bu klubun futbolçusu olub. O, 2012-ci ildən Serbiya millisinin formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43