29 Sentyabr 2024
Kateqoriyasız

Serbiyadan şad xəbər gəldi: “Neftçi”nin düşərgəsində hər kəs bu xəbərə sevinir – ÖZƏL

“Neftçi” “Partizan”la oyunda Bruno Bertuççinin xidmətindən istifadə edə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, braziliyalı futbolçu zədə səbəbindən “Partizan”la ilk oyunu buraxmalı idi. Ancaq Serbiyaya aparılan futbolçular sırasında olan “solaxay” komandayla birgə məşqlərdə iştirak edir. 

Paytaxt klubunun çalışdırıcısı Böyükağa Hacıyev Bertuççiyə şans verəcəyi təqdirdə futbolçu sabahkı oyunda “Neftçi”yə kömək edə bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43