08 Sentyabr 2024
Ölkə futbolu

Serbiyalı futbolçu “Şamaxı”da – RƏSMİ

“Şamaxı” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi serbiyalı futbolçu Vasiliye Bakiçi transfer edib. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vasiliye Bakiç son olaraq ölkəsinin “Radniçki” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43