Dünya futbolu

Sərdar Taşçı “Trabzonspor”la müqavilə imzalayır

“Spartak”ın müdafiəçisi Sərdar Taşçı “Trabzonspor”a keçməyə yaxındır.

İdmanxeber.com-un məlumatına görə Almaniya millisinin keçmiş üzvü şənbə günü imza atmaq üçün Trabzona yollanacaq. Onunla dəyəri 2 milyon avro olan 3 illik müqavilə imzalanacaq.

30 yaşlı futbolçunun “Spartak”la müqaviləsi gələn yay bitir. Bir müddət əvvəl yayılan xəbərə görə müdafiəçi Moskva təmsilçisi ilə sözləşməsini 2 illiyinə artırmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43